Azərbaycan və Gürcüstan milli kitabxanaları arasında Memorandum imzalanıb

Azərbaycan və Gürcüstan milli kitabxanaları arasında Memorandum imzalanıb

Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan və Gürcüstan milli kitabxanaları arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandumun rəsmi imzalanma mərasimi və Gürcüstan Milli Kitabxanası tərəfindən Azərbaycan Milli Kitabxanasına hədiyyə olunan 100 nüsxə kitabın təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mirzə Fətəli Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov, Gürcü şairi, publisist, ilk gürcü digital kitabxana təsisçisi Giorgi Kekelidze, Milli Kitabxananın işçi heyəti, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kərim Tahirov sözügedən Memorandumun hər iki ölkə arasında mədəni əlaqələrin daha da güclənəcəyini bildirib: "Burda Azərbaycan, Rus və gürcü dillərdinə kitablar oxucuların ixtiyarına veriləcək. Həmçinin Milli kitabxanamıza Gürcüstan Milli Kitabxanasından 100 nüsxə kitab təqdim olunub".

Daha sonra Gürcü şairi Giorgi Kekelidze də Azərbaycanda olduğundan və birgə əməkdaşlıqdan məmnunluğunu xüsusilə diqqətə çatdırıb.

Qeyd edək ki, tədbirin sonunda Azərbaycan və Gürcüstan milli kitabxanaları arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandum imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə