Uşaq Filarmoniyasının Yeni il konserti olacaq

Uşaq Filarmoniyasının Yeni il konserti olacaq

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Yeni il konserti təqdim olunacaq. SİA-nın məlumatına görə, konsertdə müxtəlif yaş qrupundan olan uşaqların xor ifası, rəqsləri, nəfəsli orkestri çıxış edəcək.

Qeyd edək ki, konsert dekabrın 25-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə