Bu günün tarixi

Miladi: 20 dekabr 2013
Hicri: 16 Səfər 1435

İlin 354-cü günü
İlin sonuna 11 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:43
Günəş – 07:59
Zöhr – 12:41
Əsr – 15:20
Məğrib – 17:32
İşa – 18:54

69 — Roma imperatoru Vitellius qətlə yetirilib.

1582 — Fransada Qriqorian təqviminə keçilib.

1699 — I Pyotr Rusiyada yeni ilin 1 sentyabrda deyil, 1 yanvarda qeyd edilməsi barədə fərman verib.

1803 — ABŞ Luiziananı Fransadan alıb.

1873 — Türkiyənin İstiqlal şairi Mehmet Akif Ersoy dünyaya gəlib.

1879 — Tomas Edison közərmə lampasını təqdim edib.

1912 — Londonda Türkiyə və Balkan dövlətləri arasında sülh konfransı keçirilib.

1915 — Çanaqqala boğazında müttəfiqlər məğlub olub.

1915 — Türk yazıçı Əziz Nesin anadan olub.

1917 — Bresk-Litovskda Rusiya və Almaniya arasında sülh danışıqları başlayıb.

1922 — Sovet Sosialist Respublikaları İttifaqı adı altında 14 dövlət "birləşib".

1924 — Hitler həbsdən azad olunub.

1928 — Böyük Britaniya Nankin (Kuomintag) hökumətini tanıyıb.

1938 — SSRİ-də əmək kitabçalarının tətbiqinə başlanıb.

1952 — M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki BSU) fəaliyyətə başlayıb.

1955 — Sudan Müstəqillik əldə edib.

1957 — Yunan müğənni Anna Vissi anadan olub.

1957 — Avropa Nüvə Enerjisi agentliyi təsis edilib.

1963 — Berlin divarındakı buraxılış məntəqələri 1 günlüyə açılıb.

1968 — Amerikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Con Steynbek vəfat edib.

1990 — SSRİ xarici işlər naziri Eduard Şevardnadze gözlənilmədən istefa verib.

1993 — Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşulub.

1994 — Azərbaycan Respublikası Maldiv adaları ilə diplomatik əlaqələr qurub.

1995 — BMT Bosniya-Herseqovinada vəziyyətə nəzrəti NATO-ya tapşırıb.

2007 — Madam Tüsso muzeyində Heydər Əliyevin mum fiquru hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə