“Türkvision” mahnı müsabiqəsinin yarımfinalı keçiriləcək

Yayımlandığı gündən tamaşaçıları ekran başına cəlb edən "Türkvision" mahnı müsabiqəsinin bu gün artıq yarımfinalı keçiriləcək.

SİA-nın məlumatına görə, 23 ölkənin iştirak edəcəyi müsabiqədə Azərbaycanı tamaşaçıların və münsiflərin rəğbətini qazanan Fərid Həsənov təmsil edəcək.

Türkiyənin Əskişəhərində baş tutacaq yarışmanın Azərbaycanda rəsmi yayım hüququ Azad Azərbaycan telekanalına məxsusdur. Yarışmaya bu gecə saat 01:00-da start veriləcək.

Qeyd edək ki, müsabiqənin final gecəsi dekabrın 21-i Bakı vaxtı ilə axşam saat 20:30-da ATV telekanalında canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə