“Xalq sənətimiz gənclərin ifasında”

“Xalq sənətimiz gənclərin ifasında”

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Xalq sənətimiz gənclərin ifasında" layihəsinin yekunu olaraq dekorativ tətbiqi sənət sərgisi keçiriləcək. SİA-nın məlumatına görə, sərgidə Qubada keçirilən dekorativ tətbiqi xalq sənəti qış məktəbinin 15 iştirakçısının xalçaçılıq, dulusçuluq, bədii keramika sahələrində işlənmiş əsərləri nümayiş olunacaq.

Nəzərinizə çatdıraq ki, layihənin rəhbəri Səbinə Əliyevadır. Layihənin əsas məqsədi isə texnologiyanın inkişafı ilə əlaqədar unudulmaqda olan mədəni tarixi dəyərlərimizə sahib çıxmaq, ənənəvi xalq sənət növlərimizi tanıtdırmaq, dekorativ tətbiqi sənət növləri üzrə yeni nümunələr üzə çıxartmaq, gənclərə bu sahədə müəyyən bilik verməkdən ibarətdir.

Qeyd edək ki, sərginin açılışı 20 dekabr saat 18:00-da Baku Creative Center-də keçiriləcək. Sərgiyə giriş sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə