Xəbər verdiyimiz kimi Türkiyənin məşhur müğənni Əhməd Şəfəq bu gün mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, ifaçı uzun müddətdir üzərində çalışdığı filmini ərsəyə gətirmək arzusundadır.
Belə ki, Əhməd Şəfəq "Qarabağ" mövzusunda film çəkəcəyini bildirib: "Bildiyiniz kimi keçən il sizlərə Qarabağ mövzusunda film çəkəcəyimi demişdim. Ancaq təəssüflər olsun ki, hələ də sözügedən filmi ərsəyə gətirə bilməmişəm. Onu deyim ki, filmin ssenarisi, çəkiləcəyi məkan, hətta aktyorları belə müəyyənləşdirmişəm. Sadəcə maliyyə baxımından sıxıntılarımız var. Qarabağ mövzusu hər iki ölkənin ağrılı yeridir. Bu film təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da təqdim olunacaq. Əsas süjet xətti Xocalı soyqırımı, ana və övlad faciəsindən ibarətdir. Ümid edirəm ki, bu işdə bizə maddi baxımdan Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov kömək edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB