“Sirli bənövşə” sənədli-bədii filmin təqdimatı olacaq

“Sirli bənövşə” sənədli-bədii filmin təqdimatı olacaq

Orta əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 2013-cü ildə 900 illik yubileyi YUNESCO tərəfindən qeyd edilən, Məhsəti Gəncəviyə həsr olunmuş "Sirli bənövşə" sənədli-bədii filmin təqdimatı olacaq. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamının icrasına uyğun olaraq, dövlət sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasınada çəkilən filmin quruluşçu rejissoru Şamil Nəzəfzadə, ssenari müəllifləri Sara Oğuz Nəzirova və Şamil Nəcəfzadə, quruluşçu operatoru Nizami Abbas, bəstəkarı Cahangir Zülfüqarov, prodüseri Cavid İmamverdiyevdir.
Filmdə Günel Məmmədova, Bəhruz Vaqifoğlu, Əjdər Zeynalov, Hacıbaba Məmmədov və İlqar Musayev çəkiliblər.

Qeyd edək ki, "Sirli bənövşə" sənədli-bədii filmin təqdimat dekabrın 18-i saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə