Yazıçı-dramaturq Əli Əmirlinin "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar" tarixi dramı əsasında "Ağa Məhəmməd şah Qacar" tamaşasının məşqlərinə başlanılıb. Naxçıvan Dövlət Musiqili Dram Teatrından SİA-ya verilən məlumata görə, tamaşada Ağa Məhəmməd şah Qacar rolunda Naxçıvan Respublikasının əməkdar artisti Səməd Canbaxşıyevi, xalq artisti Yasəmən Ramazanova hökmdarın anası Ceyran xanımı, xalq artisti Rza Xudiyev Cəfərqulu xanı, əməkdar artist Bəhruz Haqverdiyev xidmətçini oynayacaq. Digər rollarda əməkdar artistlər Əbülfəz İmanov (Şeyx Cəfər Tonkabuni), Xəlil Hüseynov (Axund Hacı Babək), aktyorlar Zakir Fətəliyev, Səyyad Məmmədov, Elnur Rzayev, Nurbəniz Niftəliyeva çıxış edəcəklər.
Nəzərinizə çatdıraq ki, tamaşanın quruluşçu rejissoru xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.
Qeyd edək ki, əsasən müasir mövzularda işləyən dramaturqun tarixi mövzuda yazdığı bu əsər bu il Akademik Milli Dram Teatrında xalq artisti Azər Paşa Nemətin quruluşunda "Şah Qacar" adı ilə tamaşaya qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB