Dünən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc Qarayevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, "Zamanla üz-üzə" layihəsinin birinci mərhələsi olan tədbir çərçivəsində "Journey to Love" ("Eşqə səyahət") mono-operası nümayiş etdirilib.
Nəzərinizə çatdıraq ki, tamaşanın rejissoru Gürcüstanın Əməkdar İncəsənət Xadimi Gela Kandelaki, dirijoru Vladimir Runçak (Ukrayna), rəssamı Elene Murdjikneli (Gürcüstan), solist isə Fəridə Məmmədovadır (Azərbaycan). "Zamanla üz-üzə" layihəsi ilk dəfə 7 il öncə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2007-2008-ci ilin konsert mövsümündə keçirilib. Əsər 1978-ci ildə qələmə alınıb və 1991-ci ildə Essen şəhərində ilk dəfə səhnələşdirilib.
Soprano və kamera orkestri üçün yazılmış Mono-opera XX yüzilliyin şairlərinin şeirləri əsasında hazırlanıb.
Qeyd edək ki, Qarayev Fərəc Qara Oğlu 1943-cü il dekabrın 19-da anadan olub. Dünyaca məşhur bəstəkarın qələmə aldığı əsərlər bir sıra beynəlxalq ölkələrin festivallarında və konsertlərdə uğurla ifa olunaraq, yüksək mükafatlara layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB