Mədəni turizm marşrutu üzrə infotur keçirilib

Mədəni turizm marşrutu üzrə infotur keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "A La Carte Travel" və "Gilan Turizm" turizm şirkətlərinin təşkilatçılığı ilə turizm şirkətlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Qəbələ-Oğuz-Şəki-Qax bölgəsi istqamətində "Qədim Qafqaz Albaniyasının tarixi izləri" adlı mədəni turizm marşrutu üzrə infotur keçirilib.

SİA-nın məlumatına görə, infoturda 34 turizm şirkəti, 16 nəfər media nümyəndəsi iştirak edib. İnfotur çərçivəsində tərəfimizdən Çuxurd Qəbələ (Qafqaz Albaniyasının qədim paytaxtının arxeolojı qazıntıları), Qəbələ tarix-diyarşünaslıq muzeyi, Çotari Alban kilsəsi, Oğuz rayonundakı Alban məbədində yerləşən tarix-diyarşünaslıq muzeyi və Şəki Qədim Alban Məbədi ziyarət olunub. İnfotur zamanı mədəni dəyərlərlə yanaşı turizm yerləşdirmə obyektlərinə səfər təşkil olunmuş, həmçinin Qəbələ rayonunda yenicə tikilən qış xizək turizm kompleksi haqqında məlumat verilib.
Belə bir infoturun keçirilməsi ölkəmizdəki mədəni dəyərlərin təşviqinə, onlardan turizm məqsədləri üçün daha səmərəli istifadəsinə, həmçinin Qafqaz Albaniyasının tarixinin öyrənilməsinə geniş imkanlar yaradacaq.

"Qədim Qafqaz Albaniyasının tarixi izləri" adlı turizm marşrutunun yaradılması və pasportlaşdırılması layihəsi çərçivəsində turizm potensialı ilə zəngin olan şimal-qərb bölgəsinin təbii, mədəni və tarixi irsi barədə turizm şirkətləri və media vasitəsilə bir daha tanıtmaq və təşviq etmək imkanı yaradılır.

Qeyd edək ki, "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın müvafiq bəndlərinin icrasını təmin edən bu layihə üzrə infotur iştirakçılarına Qəbələ rayonunun turizm xidməti obyektləri, mətbəx, və şimal-qərb bölgəsinin digər milli dəyərləri nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə