Anar Heybətov: "Efiri palatka toyuna çeviriblər..."

Anar Heybətov: "Efiri palatka toyuna çeviriblər..."

Son zamanlar televiziya kanallarında aktyorların veriliş aparmağı artıq dəb halına çevrilib. Bununla bağlı aktyor Anar Heybətov SİA-ya açıqlamasında deyib ki, buna mən çox yaxşı baxıram: "Bacarırlarsa niyə də olmasın? Elə yoldan keçən aparıcılar var ki, efiri palatka toyuna çeviriblər. Ayıbdır"

Anar Heybətov gələcəkdə veriliş apararsa, onun necə olacağını söyləməyi də unutmayıb: "Mən özüm də tələbə olanda ilk işim televiziyada aparıcılıq olub. Ancaq uzun müddətdir veriliş aparmıram. Buna mənim zamanım yoxdur. Həm də gərək maraqlı layihə təqdim olunsun. Ancaq veriliş aparsam, istərdim ki, teatr və ya kinoya, xüsusilə də aktyorlara aid olsun. O zaman böyük məmnuniyyətlə qəbul edərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə