O.Yernevanın pyesi əsasında səhnələşdirilmiş "İnteryerdə qeyri-ailə portreti" tamaşasının premyerası olacaq.
Rus Dram Teatrından SİA-ya verilən məlumata görə, rollarda Azərbaycanın xalq artistləri Səfa Mirzəhəsənov, Məbud Məhərrəmov, Azərbaycanın əməkdar artisti Yevgeniya Nevmerjitskaya, teatrın aktyorları Əskər Rəhimov, Mədinə Mulayeva iştirak edəcəklər.
Nəzərinizə çatdıraq ki, tamaşa Azərbaycanın xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovski tərəfindən səhnəyə qoyulub.
Qeyd edək ki, "İnteryerdə qeyri-ailə portreti" tamaşası dekabrın 15-i saat 19:00-da Rus Dramm Teatrında baş tutacaq. Biletlərin qiyməti isə 11 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə