16 dekabr dahi Azərbaycan bəstəkarı, pianoçu, "Caz-muğam" musiqi üslubunun yaradıcısı Vaqif Mustafazadənin anım günüdür. SİA-nın verdiyi xəbərə görə, konsertdə Salman Qəmbərov (piano), Elbəy Məmməzadə (piano), Elçin Şirinov (piano), Etibar Əsədli (piano), Həsən Bilalov (baraban), Ruslan Hüseynov (bas-gitara), Tofiq Cabbarov (perkussiya), Rauf Sultanov (kontrabas), Emil Həsənov (bas-gitara), Vaqif Əliyev (baraban), Elvin Bəşirov (baraban), Zaur Mirzoyev (saksofon), Elnur Hüseynov (vokal), Diana Hacıyeva (vokal), Mədinə MUradxanova (vokal), Nərminə Seyidova (vokal), Camal Eminli (vokal) iştirak edəcəklər. Gecəni idarə etmək isə aparıcı Rahib Azəriyə həvalə olunub.
Nəzərinizə çatdıraq ki, 1940-cı il mart ayının 16-da Bakıda anadan olmuş Vaqifin hələ 5 yaşı olanda Stalin tərəfindən bütün SSRİ-də caz musiqisi "kapitalist musiqisi" deyə qadağan edilib. Stalinin ölümündən sonra qadağalar aradan qalxsa da, caz musiqisinə bu bir qədər gec təsirini göstərib. Ancaq 1957-ci ildə 17 yaşlı istedadlı Azərbaycan musiqiçisi Stalinin kapitalist musiqi janrı adlandırdığı cazı milli Azərbaycan muğamı ilə sintez etməyi qərara alıb və beləliklə də inanılmazı gerçəyə çevirib. Musiqidə tamamilə yeni janr "caz-muğam" janrı yaradılıb. Bundan sonra SSRİ və dünya miqyasında caz musiqisi festivallarının qalibi olan Vaqif Mustafazadə 1979-cu ildə sənəntinin zirvəsində və cəmi 39 yaşı olarkən vəfat edib.
Mustafazadə "Tallin-66", "Tallin-67", "Caz-63" Bakı, "Tbilisi-78" festivalları laureatıdır. 1979-cu ildə Monakoda Beynəlxalq caz kompozisiyaları müsabiqəsində Vaqif Mustafazadə I ağ royal mükafatını qazanıb.
Qeyd edək ki, Vaqif Mustafazadənin anım gecəsi dekabrın 16-sı saat 21:00-da Bakı Caz Mərkəzində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB