Əməkdar artist “Əsli və Kərəm” operasını təqdim etməyə hazırlaşır
Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva dayanmadan yaradıcılığında yeniliklər edir. SİA-ya açıqlama verən əməkdar artist daha bir tamaşanı nümayiş etməyə hazırlaşdığını bildirib: "Bir neçə gün bundan öncə "Leyli və Məcnun" tamaşasında "Leyli" obrazı ilə izləyicilərin görüşünə gəlmişdim. Çox sevinirəm ki, mənə də tamaşaçı alqışı nəsib olub. İndi isə yeni tamaşa ilə məni sevənləri sevindirəcəm. Belə ki, "Əsli və Kərəm" operasını qısametrajlı tamaşa formasında hazırlayırıq. İnşallah sözügedən opera 2014-cü ilin ilk ayında tamaşaçıların ixtiyarına veriləcək. Tərəf müqavilim isə İlkin Əhmədov olacaq. Onu deyim ki, "Əsli və Kərəm" operasına bütün kollektivimiz hər zaman olduğu kimi, yenə də çox ciddi hazırlaşır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB