Rusiyanın Sankt-Peterburq şəhərində II Beynəlxalq Mədəniyyət Forumu təşkil edilib. SİA-nın verdiyi xəbərə görə, forum açıq elan edən Rusiyanın mədəniyyət naziri Vladimir Medinskiy prezident Vladimir Putinnin təbrik salamlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb, onun təbrik məktubunu oxuyub. Forum çərçivəsində Sankt-Peterburq Dövlət Ermitajında müasir bəstəkarların "Musiqi bu gün" assambleyası təşkil edilib. Tədbirdə Giya Kançeli (Gürcüstan), Kşiştof Meyer (Polşa), İnam Lif (İsrail), Aleksandr Çaykovskiy (Rusiya), Aleksandr Knayfel (Rusiya) kimi müasir musiqinin görkəmli nümayəndələri ilə yanaşı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin violençel ve orkestr üçün "Mərsiyə" əsəri ifa olunub. Bu əsərin ifası üçün məşhur alman violençel ifaçısı Yulius Berger foruma dəvət edilib.
Qeyd edək ki, Benyəlxalq Sankt-Peterburq Mədəniyyət Forumu artıq ikinci dəfədir ki, keçirilir. Bu dəfəki Forumda 50 ölkədən 2000-dək dünya miqyasında tanınmış mədəniyyət və incəsənət xadimi iştirak edib. Forum çərçivəsində Rusiyanın şimal paytaxtı hesab edilən Sankt Peterburqun məşhur tarixi məkanlarında tanınmış mədəniyyət, elm və incəsənət xadimlərinin iştirakı ilə 50-dək müxtəlif yönlü tədbirlər təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB