Qənirə Paşayevanın “Dünyanı dəyişən alimlər” kitabının “imza günü” keçirilib

Qənirə Paşayevanın “Dünyanı dəyişən alimlər” kitabının “imza günü” keçirilib

Millət vəkili Qənirə Paşayevanın "Dünyanı dəyişən alimlər" kitabının (eyni adlı II cildliyin I cildi) imza günü keçirilib. SİA-nın məlumatına görə, tədbiri açıq elan edən teleaparıcı Günay Malikqızı millət vəkili Qənirə Paşayevanın imza gününə gələnləri salamlayaraq, bu gəlişi həm müəlifə həm də kitaba, imza günü keçirilən kitabın mövzusuna marağın ifadəsi kimi təqdim edib.

O, xanım millət vəkilinin bu kitabının da oxucular tərəfindən maraqla qarşılanacağına inamını bildirib, müəllifi və oxucuları təqdim olunana kitab münasibəti ilə təbrik edib.

İmza günündə kitabın redaktorları Əkbər Qoşalı və Sərvaz Hüseyinoğlu çıxış edərək kitabın məziyyətləri və kitabın əhatə etdiyi mövzular üzrə öz fikirlərini bölüşüdükdən sonra söz millət vəkilinə verilib.

Millət vəkili Q.Paşayeva ilk növbədə onun "imza günü" üçün "çoxsaylı oxucuları, kitabsevərləri, elm, sənət dostlarını, sadə insanları bir arada görməkdən məmnun olduğunu, onların hər birinə təşəkkür edib: "Öncədən qeyd edim ki, bu kitabın satışından gələn gəliri yeniyetmə və gənclərimiz üçün kimya üzrə maraqlı kitablar yazan, vəsaitlər hazırlayan bir müəllimin yeni kitabının çapına yönəldiləcək. Siz, əziz oxucular, bugün kitab almaqla həm eviniz, kitabxananız üçün, ümidvaram maraqlı bir nəşr, övladlarınızın yararlana biləcəyi bir qaynaq əldə etmiş olursuz həm də xeyirxahlıq aksiyasında iştirak etmiş olursuz. "Dünyanı dəyişən alimlər" II cildliyinin I cildinə 50 alim haqqında məlumatlar, onların elm yolunda fədakarlıqları haqqında maraqlı məqamlar, necə deyərlər, məsuliyyətli araşdırmaların nəticələri haqqında fikirlər toplanıb. Doğrudur, buradakı alimlər haqqında ayrı-ayrılıqda kitablar, məqalələr var və sizlər də onlarla tanış olmuşsuz... lakin biz 50 alimi bir yerdə təqdim edirik. Gələcəkdə daha 50 alimlə, toplam 100 alimi – dünyanı dəyişmiş 100 böyük insanı bir yerdə təqdim etmiş olacağıq. Bundan öncə "Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar" kitabları ilə çıxış etdiyimizi xatırlayırsız, bu kitab da müəyyən qədər o kitabların davamı sayıla bilər".

Sonra müəllif oxucular üçün kitablarını imzalayıb, oxucularla xatirə şəkilləri çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə