Yunus Əmrəyə həsr olunan konfrans keçiriləcək

Yunus Əmrəyə həsr olunan konfrans keçiriləcək

Bakıda türk dünyasının böyük şairi Yunus Əmrənin həyat və yaradıcılığına həsr edilmiş "Yaşayan Yunus Əmrə" mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun, Türkiyənin Azərbaycandaki səfirliyinin mədəniyyət və mətbuat müşavirliyinin, Türkiyənin Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi Bakı proqram əlaqələndirmə ofisinin təşkilatçılığı ilə keçiriləcək konfransa türk xalqlarının ədəbiyyat, incəsənət və mədəniyyət nümayəndələri dəvət olunub.

Qeyd edək ki, dekabrın 9-da baş tutacaq konfransda 70-dən artıq alimin məruzəsi dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə