Bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib

Bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib

Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.11.2002- ci il tarixli, 174 nömrəli və 05.12.2008-ci il tarixli, 271 nömrəli "Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" Qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən oktyabr və noyabr ayları ərzində aşağıda adları göstərilən şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib:

1. "TURİZM.AZ" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Məhəmməd İbn Hinduşah küç., ev 22; 15.10.2013-cü il tarixli, qeydiyyat nömrəsi 359; seriya №-si 074454)
2. "Ebrou" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Ə.Rəcəbli pr-ti, ev 50 F; 07.10.2013-cü il tarixli, qeydiyyat nömrəsi 360, seriya №-si 074455)
3. "Kavminvod Kurortları Agentliyi" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, İ.Hidayətzadə küç., ev 26/28, m.19; 24.10.2013-cü il tarixli, qeydiyyat nömrəsi 361, seriya №-si 074456)
4. "Trend Trave" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Bülbül pr-ti, ev 55; 25.10.2013-cü il tarixli, qeydiyyat nömrəsi 362, seriya №-si 074457)
5. "SVİT" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Allahyar Nəsibov küç., ev 5; 25.10.2013-cü il tarixli, qeydiyyat nömrəsi 363, seriya №-si 074458)
6. "EXOTİC-TOUR" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, R.Məmmədov küç., ev 15, m.28; 31.10.2013-cü il tarixli, qeydiyyat nömrəsi 364, seriya №-si 074459)
7. "Favorit" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Nərimanov pr-ti, 500-cü məhəllə, ev 2B, m. 55; 11.11.2013-cü il tarixli, qeydiyyat nömrəsi 365, seriya №-si 074460)
8. "Silk Way Aviaşirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Nizami küç., ev 103; 11.11.2013-cü il tarixli, qeydiyyat nömrəsi 366, seriya №-si 074461).

Bütün xəbərlər Facebook səhifəmizdə