Miladi: 03 dekabr 2013

Hicri: 29 Məhərrəm 1435

İlin 337-cü günü
İlin sonuna 28 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:31
Günəş – 07:46
Zöhr – 12:34
Əsr – 15:18
Məğrib – 17:30
İşa – 18:52

1048 — Şərq mütəfəkkiri Əl-Biruni vəfat edib.

1481 — Osmanlı padşahı II Bəyazid anadan olub.

1586 — Amerikadan ilk dəfə Avropaya kartof gətirilib.

1609 — Qalieo Qaliley teleskopu kəşf edib.

1775 — ABŞ-ın ilk dövlət bayrağı qəbul olunub.

1910 — Paris avtosalonunda mühəndis Jorj Klod ixtira etdiyi neon lampasını təqdim edib.

1912 — Türkiyə, Bolqarıstan, Serbiya və Çernoqoriya arasında sülh sazişi imzalanmış, I Balkan müharibəsi başa çatıb.

1966 — "Naməlum əsgər"in cənazəsinin qalıqları Moskvada Kreml divarları yanında dəfn edilib.

1967 — Keyptaunda tibb tarixində ilk dəfə olaraq ürək köçürülməsi əməliyyatı aparılıb. Həkim-professor Kristian Barnard ölümcül yaralanmış 25 yaşlı gənc xanımın ürəyini 55 yaşlı xəstəyə köçürüb.

1971 — Pakistan - Hindistan müharibəsi başlayıb.

1973 — "YUPİTER-10" kosmik peyki ilk dəfə Yerə Yupiterin tam həcmli şəkillərini göndərib.

1984 — Hindistanda kimya zavodunda qəza nəticəsində 18.000 nəfər həlak olub.

1988 — Azərbaycan SSR-də mövcud olan hərbi hakimiyyət Azadlıq meydanına 17 noyabrdan yığılmış mitinqçilərə meydanı boşaltmaq əmri verib. Dekabrın 4-nə keçən gecə hərbçilər zorla meydanı boşaltmış, mitinq iştirakçılarını həbs ediblər.

1994 — "Gürcüstan və Azərbaycan dostluq evi" İctimai İttifaqı təsis olunub.

1996 — ATƏT-in Lissabon zirvə görüşü başa çatı.b

2006 — Venesuelada prezident seçkilərində polkovnik Uqo Çaves qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə