"Sirr azadlıqdan niyə məhrum edildiyində deyil, azadlığa niyə buraxıldığındadır”
“Oldboy” Park Cinema-da

Park Cinema-da növbəti filmin nümayişi təşkil olunur. SİA-nın məlumatına görə, rejissor Spayk Linin yeni "Oldboy" adlı filmi ekranlara çıxıb. Amerikalı rejissor Cənubi Koreyalı rejissor Pak Çxan Ukanın 2003-cü ildə çəkdiyi "Oldboy" (2003) trillerini yenidən lentə alıb. Baş rol isə aktyor Coş Brolinə həvalə olunub.

Orijinal versiyaya müdaxilə etmək istəməyən Stiven Spilberq layihədə iştirakdan imtina edib. Eyni səbəbdən də Kolin Fert və Klayv Ouen filmdə çəkilməyiblər. Lakin Spayk Li cəsarət göstərib işə imza atdı. O-De-Su adlı biznesmenin 20 il həbsdə keçirib və burda həyat yoldaşının qətli və qızının oğurlanması haqqında xəbəri eşidən, azadlığa çıxdıqda isə düşmənlərindən qisas alması əhvalatını yenidən lentə almaq nə dərəcədə uğurlu və ya uğursuz alındığını bu gün artıq Park Cinema şəbəkəsində görmək olar.

Bu, emosiya baxımından ağır və təsirli kinodur. Rejissorun savadlı və orijinal işi, tamamlanmış süjet xətti göz önündədir.

Filmi Cənubi Koreya kinematoqrafının ən yaxşı filmlərindən biri, rejissoru isə perspektivli və qeyri-ordinar adlandırmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə