"Şah və Şair”

Kamal Abdullanın "Hamı səni sevənlər burdadı" pyesi əsasında hazırlanmış "Şah və Şair", yaxud "Hamı səni sevənlər burdadı" adlı yeni tamaşanın premyerası keçiriləcək. Akademik Milli Dram Teatrındana SİA-ya verilən məlumata görə, janrı iki hissəli xəyali oyun kimi təyin olunmuş tamaşada rolları əməkdar artistlər Vidadi Həsənov (Professor Hüseyn bəy Lələ - Şahın Lələsi), Elşən Rüstəmov (I Aspirant Şah İsmayıl), Ayşad Məmmədov (Həkim Vəzir ağa), aktyorlar Hikmət Rəhimov (II Aspirant Xızr - Şahın bənzəri), İlahə Həsənova (Qız Taclı xanım – Şahın arvadı), Oktay Mehdiyev (Usta Rəhim yüzbaşı Fərraşbaşı Səfiyar), Vüsal Mustafayev (Qorçubaşı, I Qorçu) ifa edirlər.

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, neon effektləri üzrə rəssamı Fərid Ələkbərov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Qeyd edək ki, tamaşa dekabrın 3-ü saat 19:00-da Akademik Milli Dram Teatrın səhnəsində nümayiş olunacaq. Biletlərin qiyməti 6-10 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə