Kiyev şəhərində "Uşaq Eurovision-2013" mahnı müsabiqəsinin finalı baş tutub. SİA-nın məlumatına görə, bu il "Uşaq Eurovision-2013" mahnı müsabiqəsini Maltanın təmsilçisi Gaia Cauchi 130 balla qalib gəlib. İkinci yerə Ukrayna təmsilçisi Sofia Tarasova, üçüncü yerə isə Belarus təmsilçisi Ilya Volkov layiq görülüb.
Nəzərinizə çatdıraq ki, "Ukrayna" Milli İncəsənət Sarayında baş tutan konsertdə iştirakçılar "Yaradıcı ol" şüarı ilə bir araya gəliblər. Müsabiqədə 12 ölkənin nümayəndələri iştirak edib.
Qeyd edək ki, həmin müsabiqədə ölkəmizi 10 yaşlı Rüstəm Kərimov təmsil edib. O, müsabiqədə Murad Arifin müəllifi olduğu "Mən və mənim gitaram" mahnısı ilə onluğa daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB