Əməkdar artist Zaur Əmiraslanov yaradıcılığında yenilik etməkdə davam edir. Bu haqda SİA-ya sənətçinin özü məlumat verib: "Hazırda yaradıcılığımda bir çox işlər üzərində çalışıram. Yaxın vaxtlarda sevənlərimin ixtiyarına CD təqdim edəcəm. Həmçinin köhnə portuqal və argentina mahnılarını Azərbaycan dilində ifa edəcəm. Onu da deyim ki, artıq "Historia De Un Amor" bəstəsini Azərbaycan dilində mətni də yazılıb. Əminəm ki, bu mahnı tamaşaçılar tərəfindən çox bəyəniləcək. Sözügedən bəstəyə klip də çəkdirməyi planlaşdırıram. Ancaq rejissorunu hələ tam dəqiqləşdirməmişəm".
Qeyd edək ki, əməkdar artist Zaur Əmiraslanov yaxın vaxtlarda solo konsert də verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB