Azərbaycan Mədəni Mülkiyyətin öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin Baş Assambleyasında

Azərbaycan Mədəni Mülkiyyətin öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin Baş Assambleyasında

BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Ümumdünya İrs Mərkəzinin məşvərətçi orqanı, beynəlxalq hökumətlərarası təşkilat olan Mədəni Mülkiyyətin Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İKKROM) XXVIII Baş Assambleyası öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, İtaliya Respublikasının Roma şəhərində keçirilən tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edir.

Nəzərinizə çatdıraq ki, ölkəmizin 2002-ci ildən üzv olduğu bu beynəlxalq təşkilat, dünyada mədəni mülkiyyətin qorunması və öyrənilməsi üzrə əsas mərkəz hesab olunur. Ölkəmizlə təşkilat arasında mədəni irsin mühafizəsi və tədqiqi sahəsində yerli mütəxəssislər və təşkilata üzv olan digər xarici ekspertlər arasında təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə mədəni irsin qorunmasının müxtəlif problemlərini əhatələyəcək tematik forumların təşkili nəzərdə tutulub. Eləcə də bəşəri mədəniyyət nümunələrinin mühafizəsi baxımından böyük nüfuza və təcrübəyə malik olan İKKROM təşkilatının ekspertləri tərəfindən mədəni irsin mühafizəsi sahəsində sosial məsuliyyətin inkişafı üzrə xüsusi layihənin işlənilib hazırlanmasını və YUNESKO-nun əməkdaşlığı ilə başlanılan kiçik və ya orta böyüklüyə malik muzeylərin fondlarında saxlanılan eksponatların qeydə alınmasını və daha etibarlı mühafizəsini hədəfləyən RE-ORG layihəsi çərçivəsində təşkilatla bir sıra əməkdaşlıq əlaqələri qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə