Məmməd Arazın 80 illik yubileyi keçiriləcək FOTOLAR

Məmməd Arazın 80 illik yubileyi keçiriləcək FOTOLAR

Xalq şairi Məmməd Arazın anadan olmasının 80 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, bir çox dövlət və hökumət nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin, ədəbiyyatsevərlərin iştirak edəcəyi tədbirdə şairin həyat və yaradıcılığından söhbət açılacaq, incəsənət ustaları tərəfindən şerləri səsləndiriləcək, sözlərinə mahnılar ifa olunacaq.

Nəzərinizə çatdıraq ki, sonda Milli Kitabxananın əməkdaşlarının hazırladığı "Məmməd Araz – 80" elektron məlumat bazası və "Poeziyamınız Məmməd Araz zirvəsi" adlı kitablardan və qəzet jurnal materiallarından ibarət sərgi tədbir iştirakçılarına təqdim olunacaq.

Qeyd edək ki, Məmməd Arazın 80 illik yubileyi noyabrın 29-u saat 15:00-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə