“Bəyi çağırmısınız, qızlar?”

“Bəyi çağırmısınız, qızlar?”

Andrey İvanovun pyesi əsasında səhnələşdirilən "Bəyi çağırmısınız, qızlar?" tamaşasının premyerası olacaq. Rus Dram Teatrından SİA-ya verilən məlumata görə, tamaşa Azərbaycanın xalq artisti Lyudmila Duxovnaya, Azərbaycanın əməkdar artistləri Fuad Osmanov, Əskər Rəhimov, həmçinin teatrın artistləri Mədinə Mollayeva, Salman Bayramov, Murad Məmmədov və başqaları iştirak edirlər.

Nəzərinizə çatdıraq ki, xüsusi olaraq baş rolu ifa edəcək Azərbaycanın xalq artisti Lyudmila Duxovnaya üçün səhnəyə qoyulur. Tamaşanın quruluşçu rejissoru xalq artisti Aleksandr Şarovskidir. Dekor üzrə rəssam Aleksandr Fedorov, kostyum üzrə rəssam Olqa Abbasova, musiqi tərtibatı Vladimir Neverov, xoreoqrafiya Raulya Turkkandır..

Qeyd edək ki, tamaşa noyabrın 30-u saat 19:00-da Rus Dram Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə