Bu günün tarixi

Miladi: 26 noyabr 2013
Hicri: 22 Məhərrəm 1435

İlin 330-cü günü
İlin sonuna 35 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:24
Günəş – 07:39
Zöhr – 12:32
Əsr – 15:20
Məğrib – 17:32
İşa – 18:53

1193 —Misir hökmdarı Səlahəddin anadan olub.

1394 — Seul Cənubi Koreyanın paytaxtı elan edilib.

1607 — Harvard Universitetinin banisi Con Harvard anadan olub.

1812 — Napoleon qoşunu məğlub olaraq Rusiyadan geri çəkilməyə başlayıb.

1847 — İsveçrəli dilçi Ferdinand dö Sossür anadan olub.

1922 — Arxeoloq Hovart Karter Misir fironu Tutanxamonun sarkofaqını açıb.

1924 — Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Əsasnaməsi dərc edilib.

1937 — Sovet kosmonavtı Boris Yeqorov anadan olub.

1939 — Amerikalı müğənni Tina Törner anadan olub.

1942 — Sovet ordusu Stalinqradda əks hücuma başlayıb.

1950 — Türkiyə Koreyada müharibəyə qoşulub.

1969 — Səudiyyə Ərəbistanı ilə Yəmən arasında silahlı münaqişə başlayıb.

1978 — İranda mollalar əhalini Pəhləvi rejiminə qarşı kütləvi tətilə çağırıb və ölkə iflic vəziyyətinə gəlib.

1991 — Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti milli ərazi qurumu kimi ləğv edilib.

1991 — Paritet əsasında Azərbaycan Respublikası Ali Sovetində 25 nəfər "demblok", 25 nəfər "komblok" deputatlarından ibarət Milli Şura yaradılıb.

1991 — Cənubi Qafqazda və postsovet məkanında ilk müstəqil tele-kanal olan ANS yaradılıb.

1993 — Almaniya PKK-nı terror təşkilatı kimi tanınıb.

1996 — Azərbaycan Respublikası ilə Mali arasında diplomatik əlaqələr qurulub.

2002 — İşgəncələrin qarşının alınması üzrə Avropa Komitəsi (CPT) Azərbaycana ilk dövri səfərinə başlayıb.

2003 — Səsdənsürətli "Concorde" təyyarəsi son dəfə Bristoldan Vaşinqtona uçub.

2005 — Hind milyoneri Vijaypat Singhania 21 291 metr yüksəyə qalxaraq aerostatla dünya rekordunu təzələyib.

2006 — İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim edib.

2008 — Bombeydə terror hücumlar nəticəsində 173 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə