Azərbaycanın dünya şöhrətli caz ifaçısı Əzizə Mustafazadə Türkiyədə konsert proqramı ilə çıxış edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi Antalya Böyükşəhər Bələdiyyəsinin "Şehirde müzik var" adlı keçirdiyi 14-cü pianino festivalı çərçivəsində konsert verib.
Nəzərinizə çatdıraq ki, aşıq Veysəlin "Uzun incə bir yoldayım" adlı əsərini ifa edən Ə.Mustafazadəni bas-gitarada Ralf Cetto, zərb alətində isə Simon Zimbardo müşayiət edib.
Qeyd edək ki, ifaçı təxminən 1,5 saat ərzində səhnədə musiqi sevənlərə xoş anlar yaşadıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB