Azərbaycanın teatr xadimləri Rusiyada mükafatlandırılıb FOTOLAR

Azərbaycanın teatr xadimləri Rusiyada mükafatlandırılıb FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Respublikanın əməkdar artisti Mübariz Həmidov və baş rejissor, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov Rusiya Federasiyasının Teatr Xadimləri İttifaqının təqdimatı ilə K.S.Stanislavski adına mükafata layiq görülüb. Gənc Tamaşaçılar Teatrından SİA-ya verilən məlumata görə, teatrın direktoru M.Həmidov Azərbaycan - Rusiya teatrları arasında qarşılıqlı yaradıcılıq əlaqələrinin inkişafındakı xidmətlərinə və qastrol səfərlərinin təşkili sahəsində göstərdiyi yüksək təşkilatçılıq qabiliyyətinə görə, baş rejissor B.Osmanov isə İsveç dramatuqu L.Nurenin "Mən gəldim, qızlar!" ("Müharibə") tamaşasına verdiyi yüksək səviyyəli quruluşa görə layiq görülüblər.

Nəzərinizə çatdıraq ki, Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi bu ilin sentyabr-oktyabr aylarında Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında və Kalmıkiya Respublikasının Milli Dram Teatrında qastrol səfərində olmuş və 3 tamaşa ilə uğurla çıxış edib.

Qeyd edək ki, sözügedən mükafat teatr xadimlərimizə qastrolun uğurlu nəticələrinə görə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə