Mstislav Rostropoviç Fondunun təqaüdçüləri konsert verəcəklər

Mstislav Rostropoviç Fondunun təqaüdçüləri konsert verəcəklər

Mstislav Rostropoviç Fondunun təqaüdçüləri konsert verəcəklər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, konsertin proqramına Y.Haydn, V.A.Motsart, Ş.Sen-Sans, J.Masne, N.Rimski-Korsakov, A.Qlazunovun əsərləri daxil edilib.

Nəzərinizə çatdıraq ki, fondun təqaüdçüləri Opera İfası Mərkəzinin orkestrinin müşayiəti ilə çıxış edəcəklər. Orkestrı Yaroslav Tkalenko idarə edəcək. Üçüncü dəfə dirijor pultu arxasında duracaq 17 yaşlı Xetaq Tedeyevin idarəçiliyi ilə Y.Qaydnın, C.Rossininin, Y.Sibeliusun əsərlərindən parçalar səsləndiriləcək. Onu da deyək ki, konsert beynəlxalq müsabiqələr laureatı, bir neçə il Fondun təqaüdçüsü olmuş, hazırda Opera İfası Mərkəzinin solisti Mixail Qaydukun (truba) çıxışı ilə sona çatacaq.

Qeyd edək ki, konsert dekabrın 5-i Moskvada Qalina Vişnevskaya Opera İfası Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə