Bu gün dramaturq və kinossenarist, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan xalq yazıçısı İmran Qasımovun doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, İmran Qasımov 1918-ci il noyabrın 25-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Moskvada kino-ssenaristlər şöbəsinin rəisi, Azərbaycan Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsi sədrinin birinci müavini, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi, "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin birinci katibi vəzifələrində çalışıb.
Lenin , "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri, SSRİ medalları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.
"Uzaq sahillərdə", "İllər keçir", "Fransız qobeleni (Yol qeydləri)", "İtaliya mozaikası" və başqa kitabların müəllifi olub.
Qeyd edək ki, İmran Qasımov 1981-ci il aprelin 20-də vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB