Bu günün tarixi

Miladi: 24 noyabr 2013

Hicri: 20 Məhərrəm 1435

İlin 328-cü günü
İlin sonuna 37 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:22
Günəş – 07:37
Zöhr – 12:31
Əsr – 15:21
Məğrib – 17:33
İşa – 18:54

1632 — Filosof Benedikt Spinoza anadan olub.

1642 — Holland səyyahı Abel Tasman Avstraliya ətrafında adalar qrupunu kəşf edib. Bu ərazi sonradan onun şərəfinə Tasmaniya adaları adlandırılıb.

1729 — Rus sərkərdəsi, (bəzi mənbələrdə onun 1830-cu ildə anadan olduğu göstərilir)
Aleksandr Suvorov anadan olub.

1798 — Fransada əmlak vergisinə əlavə olaraq "Qapı və pəncərə vergisi" də tətbiq edilib.

1859 — Çarlz Darvinin "Növlərin mənşəyi" kitabı nəşr edilib. Kitabın ilk tirajı bir gündə satılıb.

1928 — Türkiyə Böyük Millət Məclisi Qazi Mustafa Kamala "Baş müəllim" dərəcəsi verib.

1934 — Soyad qanunu qəbul edildikdən sonra Türkiyə prezidenti Qazi Mustafa Kamala Atatürk adı verilib.

1945 — BMT rəsmən fəaliyyətə başlayıb. Təşkilatın Nizamnaməsi ratifikasiya olunub.

1951 — Fransız tədqiqatçısı kapitan İv Kusto ilk dəniz səyahətinə çıxıb.

1961 — BMT nüvə silahından istifadəni qadağan edən qətnamə qəbul edib.

1969 — ABŞ və SSRİ nüvə silahını yaymamaq haqqında saziş imzalayıb.

1988 — Sovet rəhbərliyinin qərarı ilə Azərbaycan SSR-in Bakı, Sumqayıt və Gəncə şəhərlərində komendant saatı tətbiq edilib.

1991 — (Fərrux Bülsara) - britaniyalı rok ifaçısı, məşhur Kuin (Queen) rok qrupunun ifaçısı və yaradıcısı Freddi Merkuri vəfat edib.

1995 — Azərbaycan Respublikası Bruney ilə diplomatik əlaqələr qurub.

1992 — ABŞ Konqresi "Azadlığı Müdafiə Aktı"na 907-ci əlavəni qəbul edib.

2001 — Aktyor, "Əhməd haradadır" filmində baş rolun ifaçısı Səyavuş Şəfiyev vəfat edib.

2006 — Mehriban Əliyeva İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə