Bakıda ilk dəfə "Yurgaki" kolumbiya qrupunun "Su altında nəfəs almağın üç yeni forması" adlı konserti keçiriləcək.
SİA-nın verdiyi xəbərə görə, qastrol səfəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Kolumbiya Xarici işlər Nazirliyinin və Kolumbiyanın Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutacaq.
Qeyd edək ki, konsert dekabrın 6-sı saat 19:00-da Rus Dram Teatrının səhnəsində baş tutacaq. Biletin qiyməti isə 11 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB