F.M.Dostoyevskinin əsəri əsasında eyni adlı "Karamazov qardaşları" tamaşasının premyerası keçiriləcək. Rus Dram Teatrından SİA-ya verilən məlumata görə, tamaşada baş rollarda Mabut Məhərrəmov, Səfa Mirzəhəsənov, əməkdar artistlər Ayan Mirqasımova, Mələk Abbaszadə, Firdovsi Atakişiyev, Zinaida Sidiyeva, aktyorlar İlqar Həsənov, Oleq Əmirbəyov, Teymur Rəhimov və başqaları çxış edirlər. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi İranə Tağızadədir.
Nəzərinizə çatdıraq ki, Baletmeystr əməkdar artist Aleksandar Nikuşina, kostyum üzrə rəssam Tatyana Melnikova, musiqi Vladimir Neverovdur.
Qeyd edək ki, tamaşa noyabrın 29-u saat 19:00-da Rus Dram Teatrında baş tutacaq. Biletlərin qiyməti isə 11 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB