“Maskarad”

"Maskarad" tamaşasının premyerası olacaq. Rus Dram Teatrından SİA-ya verilən məlumata görə, tamaşada xalq artisti Yuriy Baliyev, əməkdar artisti Natalya Şarovskaya, teatrın artistləri Olqa Arsentyeva, Mariya Dubovskaya, Maksud Məmmədov, Murad Məmmədov, Teymur Rəhimov, Yuriy Omelçenko, Yeganə Hüseynli, İnna İmranova, Fatima Əliyeva, Fəridə Nesterenko, Olesya Qasımova, Oksana Vatolina, Zaur Terequlov, Fərid Bəhramov, İlkin Mehdiyev, Rüstəm Kərimov, Safa Mehdi, Nazim Cabbarov və başqaıları iştirak edirlər. Tamaşasının quruluşçusu və rejissoru Azərbaycanın xalq artisti Aleksandr Şarovskiydir.

Nəzərinizə çatdıraq ki, 20 ildən artıqdır ki, səhnəyə çıxmayan Şarovskiy şəxsən Arbenin rolunu ifa edəcək. 2014-cü ildə bütün dünya Mixail Yureviç Lermontovun 200 illiyini qeyd edəcək və "Maskarad" tamaşası məhz bu hadisəyə həsr edilib.

Quruluşçu rəssam Nikita Sazonov (Rusiya -Sankt Peterburq)
Kostyum üzrə rəssam -İrina Krujilina (ABŞ)
İşıq rejissoru: Nikolay Rudıçev
Musiqi tərtibatı -Vladimir Neverov (Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi)
Xoreoqrafiya -Raulya Turkkan

Qeyd edək ki, "Maskarad" tamaşası Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilir. Tamaşa noyabrın 24-ü saat 19:00-da Rus Dram Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə