Aspirantımız Parisdə “Dünya Ovarial klubu”nun üzvü seçilib

Aspirantımız Parisdə “Dünya Ovarial klubu”nun üzvü seçilib

Azərbaycanlı aspirant Fransanın paytaxtı Paris şəhərində "Dünya Ovarial klubu"nun sayca 3-cü görüşündə iştirak edib. SİA-nın verdiyi xəbərə görə, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin 1 saylı mamalıq və ginekologiya kafedrasında təhsilini davam etdirən Ülviyyə Qasımova adı çəkilən görüşdə "Autoimmun ooforit: poligandulyar autoimmun sindromun tərkib hissəsi və ya ayrı bir nozologiya" ("Autoimmune oophoritis - either a part of polyglandular autoimmune syndorm or a distinct nosology") və "Yumurtalıqların funksiyanının vaxtından əvvəl sönməsi diaqnozunun gündəlik ginekoloji praktikadakı əhəmiyyəti" ("Premature ovarian failure: the importance of this diagnosis in day to day gynecological practice") başlıqları altında təqdimatlar edib və həmin klubun üzvlüyünə qəbul olunub: "Hər iki təqdimat konqresdə iştirak edən digər ölkə nümayəndələrinin böyük marağına səbəb olub. Adıçəkilən görüşdə Amerika Birləşmiş Ştatları, Avstraliya, Kanada, Meksika, Braziliya, Böyük Britaniya, İsveç, İsveçrə, Niderland da daxil olmaqla dünyanın 47-dən artıq ölkəsindən həkim və professorlar da iştirak ediblər".

Nəzərinizə çatdıraq ki, Ü.Qasımova bundan öncə Berlin, eləcə də Dehli şəhərlərində keçirilən beynəlxalq konqreslərdə çıxışlarını və təqdimatlarını edib.

Qeyd edək ki, Ülviyyə Qasımova hazırda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin 1 saylı mamalıq və ginekologiya kafedrasında aspirantura pilləsində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil alır.

Bütün xəbərlər Facebook səhifəmizdə