Xalq artisti Mübariz Tağıyevin yaradıcılığında yenilik var. Belə ki, sənətçi 5 yeni bəstə üzərində çalışır. Bu haqda SİA-ya xalq artistinin özü açıqlama verib: "Hazırda Eldar Mansurov, Faiq Sücəddinov, Gövhər Həsənzadə, Mobil Babayev və başqa bəstəkarların mahnılarını ifa etməyi planlaşdırıram. Tezliklə sözügedən bəstəkarların musiqilərini sizlərə təqdim edəcəm. Onu da deyim ki, bundan əlavə bir çox yeniliklərim var. Ancaq hələ ki, onları sirr saxlayıram".
Qeyd edək ki, xalq artisti Mübariz Tağıyev yanvar ayının əvvəllərində konsert verməyi də düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB