Kəmalə Ağayevanın eyni adlı əsəri əsasında "Göyçək Fatma" tamaşası təqdim olunacaq. Dövlət Kukla Teatrından SİA-ya verilən məlumata görə, tamaşa uşaqlar üçün nəzərdə tutulub. Bu tamaşa məhşur "Zoluşka" (Küllücə) mövzusunun Azərbaycan versiyasıdır. Mövzu çox xalqların şifahi xalq ədəbiyyatında müxtəlif adlarda və tövürlərdə mövcuddur. Gözəl musiqiləri, oxunulan mahnıları ilə tamaşa könül oxaşayır.
Qeyd edək ki, "Göyçək Fatma" tamaşası noyabrın 23-2 saat 12:00, 14:00, 16:00-da Kukla Teatrında nümayiş olunacaq. Biletlərin qiyməti isə 2 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB