Vədud Müəzzinin fərdi sərgisi açılacaq

Vədud Müəzzinin fərdi sərgisi açılacaq

Əslən Ərdəbildən olan tanınmış rəssam Vədud Müəzzinin fərdi sərgisi açılacaq. SİA-nın verdiyi xəbərə görə, rəssam Ənzəli, Rəşd, Ərdəbil və Təbrizdə təşkil edilmiş fərdi və birgə sərgilərdə iştirak edib.

Nəzərinizə çatdıraq ki, Vədud Müəzzinin Los Anceles, Fransa və Kanadada da fərdi sərgiləri açılıb.

Qeyd edək ki, sərgi noyabrın 22-si Muzey Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə