Lüğətə yeni söz daxil edilib

Oksford lüğətinin tərtibçiləri ingilis dili 2013 ilin sözünü seçib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu "özünün şəkli" mənasını verən, ismə aid olan "selfie" sözüdür.

Söz sadəcə sosial şəbəkə istifadəçiləri arasında məşhur deyil. 2012-ci ilə müqayisədə, bu sözün istifadəsi 17 faiz artıb. Bu sözün dəqiq mənası "Özünün, bir qayda olaraq, smartfon və ya veb-kameralar vasitəsilə çəkilib sosial şəbəkələrdə yerləşdirilmiş şəkilləri" mənasındadır. "Selfie" sözünün ilk dəfə 2002-ci ilin sentyabr ayında istifadə edildiyi deyilir.

Qeyd edək ki, 2013-cü ilin sözü seçilməyə namizəd olan digər sözlər Oksford lüğətinin versinyasına görə, "twerk" (Hip-Hop mədəniyyətində məşhur rəqs), "bitcoin" (vertual volyutanın adı) və "unlike" (bəyənməmək) sözləri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə