Azərbaycan “EIBTM 2013” Beynəlxalq Turizm Sərgisində iştirak edir
İspaniyanın Barselona şəhərində "EİBTM 2013" Beynəlxalq Turizm Sərgisi keçirilir. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyətinin iştirak etdiyi sərgidə, ölkəmizin 4 yerli turizm şirkəti: "Geo Travel", "Billur Tur", "Millennium Tourism and Congress", "Gilan Tourism", 2 mehmanxana: "Four Seasons Hotel Baku", "Jumeirah Bilgah Beach hotel" və Azərbaycan Konqreslər Bürosu da təmsil olunur.
Respublikamızın turizm imkanlarını əks etdirən 51 kv.m sahədə lövhə quraşdırılmış, sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və ispan dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları ilə təmin olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilk dəfədir ki, "EİBTM" Beynəlxalq Turizm Sərgisində iştirak edir.
Sərgidə bu il müxtəlif ölkələrdən 3100-ə yaxın şirkət təmsil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB