Azərbaycan nümayəndə heyəti “Arxeoloji Turizm üzrə Aralıq Dənizi Yarmarkası”nda iştirak edib FOTOLAR
İtaliya Respublikasının Paestum (Kapaço-Pestum) şəhərində "Arxeoloji Turizm üzrə Aralıq Dənizi Yarmarkası" keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Milli Elmlər Akademiyası, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və bir sıra özəl şirkətlərdən nümayəndələr daxil edilib.
Ölkəmizin ilk dəfə olaraq geniş şəkildə təmsil olunduğu yarmarkada Avropanın və dünyanın 30-a yaxın ölkəsinin, eləcə də İtaliyanın əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların stendləri qurulub. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qurulmuş stenddə ölkəmizin zəngin irsi və turizm potensialı barədə sərgi iştirakçılarına məlumat verilmiş, çoxsaylı video və çap materialları paylanılıb.
YUNESKO-nun, Mədəni Mülkiyyətin Qorunması və Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İKKROM), Ümumdünya Turizm Təşkilatının (ÜTT) və digər beynəlxalq təşkilatların tərəfdaşlıq etdiyi layihədə 2013-cü ildə "xüsusi qonaq ölkə" qismində Venesuela Respublikasının çıxış etməsi qəbul edilib.
İtaliya Respublikasının Paestum şəhərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevlə İtalyanın Salerno əyalətinin prezidenti Antonio İannone, Ümumdünya Turizm Təşkilatının baş direktoru Taleb Rifahi, YUNESKO-nun baş katibinin müşaviri Munir Buşenaki, Mədəni Mülkiyyətin Qorunması və Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İKKROM) baş direktoru Stefano de Karo, Sərginin kuratoru və əsas təşkilatçısı Uqo Pikarelli və başqaları arasında görüşlər keçirilib, ölkəmizlə əlaqələrin daha da gücləndirilməsi ilə bağlı gələcək əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB