I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, 20 noyabr saat 17:30-da Nizami Kino Mərkəzində festivalın münsiflər heyətinin, təşkilat komitəsi nümayəndələrinin və xarici kinematoqrafçıların iştirakı ilə mətbuat konfransı olacaq.

Nəzərinizə çatdıraq ki, noyabrın 20-də saat 19:00-da açılış filmi olaraq, məşhur fransız aktyoru Jerar Depardyenin iştirakı ilə Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" sənədli filmi nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə