Bu günün tarixi

Miladi: 19 noyabr 2013
Hicri: 15 Məhərrəm 1435

İlin 323-ci günü
İlin sonuna 42 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:17
Günəş – 07:31
Zöhr – 12:30
Əsr – 15:24
Məğrib – 17:36
İşa – 18:56

1493 — Xristofor Kolumb Puerto Riko adasını kəşf edib.

1816 — Varşava Universiteti təsis edilib.

1946 — Əfqanıstan, İslandiya və İsveç BMT üzvlüyünə qəbul ediliblər.

1900 — Bakı əhalisi və polisin fəaliyyətindən bəhs edən "Bakı Camaatının Həyatı və Velikoknyaz Prospekti ilə Hərəkəti" filmi ilk dəfə nümayiş olunub.

1917 — Hindistanın məşhur siyasi xadimi İndira Qandi anadan olub.

1946 — BMT irqi və dini ayrı-seçkiliyi pisləyən qətnamə qəbul edib.

1969 — Pele Rio de Janeyronun Marakana stadionunda futbol yarışlarında 1000-ci qolunu vurub.

1977 — Misir prezidenti Ənvər Sadat İsrailə səfər etmiş ilk ərəb lideri kimi tarixə düşüb.

1979 — Keçmiş SSRİ-də ilk sürət qatarı (200 km/saat) Moskva - Leninqrad reysi ilə hərəkətə başlayıb.

1985 — ABŞ prezidenti Ronald Reyqan Cenevrədə SSRİ lideri Mixail Qorbaçovla görüşüb.

1987 — 1931-ci il istehsalı olan "Bugatti Royale" hərrac yolu ilə 5,5 milyon dollara satılıb. Bu, avtomobil tarixinin o dövrə qədərki ən böyük hərracı olub.

1993 - SSRİ kinorejissoru Leonid Qaydar vəfat edib.

1996 — Azərbaycan Respublikası Fil Dişi Sahili ilə diplomatik əlaqələr qurub.

2008 — Haaqada "Azərbaycanın Holland dostları" cəmiyyəti təsis edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə