Xalq artisti Nəzakət Teymurova "Şuşanın Şikəstəsi" mahnısına və ona çəkilən klipə təqdimat mərasimi keçirib. SİA-nın verdiyi xəbərə görə, təqdimat mərasimində ziyalılar, tanınmış sənətçilər, elm adamları, media nümayəndələri və başqaları iştirak ediblər.
Nəzakət Teymurova mahnı və kliplə bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb: "İfaçı olaraq əlimdən gələni etməyə çalışıram. Tahir müəllim bu musiqini mənə təqdim edəndə doğulduğum yer, evlərimizin dağıdılması gözümün qabağına gəldi. Mən öz işlərimdən heç vaxt razı qalmıram. Bizim gördüyümüz işlərə tamaşaçı qiymət verir. Düşünürəm ki, hələ çox şeyi etməmişəm. Əslən Ağdamlıyam. İstərdim ki, Qarabağ mövzusu heç kimin yadından çıxmasın".
Qeyd edək ki, "Şuşanın Şikəstəsi" mahnısının sözləri Şöhlət Əfşara, musiqisi Tahir Əkbərə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB