İlqar Safatın filmi Sankt Peterburqda

İlqar Safatın filmi Sankt Peterburqda

Azərbaycan rejissoru İlqar Safatın "Sofrili müqəddəs ana" filmi Rusiyanın Sankt Peterburq şəhərində keçiriləcək "Nevskiy Blaqovest" Beynəlxalq Xristian kino festivalında iştirak edəcək. SİA-nın verdiyi xəbərə görə, "Nevskiy Blaqovest" Beynəlxalq Xristian kino festivalı ilk dəfə 2007-ci ildə keçirilib. Həmin tarixdən başlayaraq Rus Pravoslav kilsəsi tamaşaçılara öz uca Məhəbbət sözünü kino, rəsm və foto vasitəsilə də çatdırır.

Qeyd edək ki, bu il festival müqəddəs Aleksandr Troitski Nevskinin 300 illiyinə həsr olunub. Noyabrın 18-dən 24-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə