“Şah Qacar”

Əli Əmirlinin "Ağa Məhəmməd şah Qacar" pyesi əsasında "Şah Qacar" tamaşası nümayiş olunacaq. Akademik Milli Dram Teatrından SİA-ya verilən məlumata görə, tamaşanın rejissoru xalq artisti Azərpaşa Nemətov, bəstəkarı xalq artisti Siyavuş Kərimiyə məxsusdur. "Şah Qacar" rolunu isə xalq artisti Fuad Poladov canlandırır.

Qeyd edək ki, "Şah Qacar" tamaşası noyabrın 19-u saat 19:00-da Akademik Milli Dram Teatrın səhnəsində baş tutacaq. Biletin qiyməti isə 6-10 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə