“Nağılı tap-1”

V. Neverovun eyni adlı əsəri əsasında "Nağılı tap-1" tamaşası nümayiş olunacaq. Rus Dram Teatrından SİA-ya verilən məlumata görə, tamaşa uşaqlar üçün nəzərdə tutulub.

Nəzərinizə çatdıraq ki, 20-yə yaxın tanınmış multfilm qəhramanların iştirakı gözlənilir. Ən əsası isə balacaların sevimlisi Şrekin çıxışı olacaq.

Qeyd edək ki, "Nağılı tap- 1" tamaşası noyabrın 23-ü saat 12:00-da Rus Dram Teatrında baş tutacaq. Biletlərin qiyməti isə 4 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə