Hamının səbirsizliklə gözlədiyi "Sənə inanıram" serialı bu gün tamaşaçıların görüşünə gəlir. Yeni bölümdə "Həmid" obrazını canlandıran baş rol ifaçısı Ruslan Sabirli sevdiyi xanım "Əminə" üçün piano arxasına keçərək musiqi ifa etdiyini SİA-ya açıqlayıb: "Serialın ssenarisinə görə Həmid Əminəni qaçırır və özünə həyat yoldaşı edib, şam süfrəsi açdırır. Bu səhnənin çəkilişləri zamanı ürəyimdən Əminə üçün musiqi ifa etmək keçdi və əyləşdim piano arxasına. Daha sonra isə bunu ssenariyə salmaq istədiyimi rejisssor Sain Qəhrəmanla paylaşdım. Beləliklə, qərara gəldik ki, şam yeməyi zamanı Həmid pianoda Əminənin şərəfinə musiqi ifa etsin. Onu da deyim ki, heç bir vasitənin köməyi olmadan yerindəcə canlı olaraq özüm çaldım. Sevinirəm ki, serialda musiqi bacarığımı müəyyən qədər də olsa tamaşaçılara çatdıra biləcəm. Bəlkə də tamaşaçılar bəstələdiyim musiqilərdən biri olacağını düşünə bilərlər, lakin onu da nəzərinizə çatdırım ki, serialda ifa etdiyim musiqi tanınmış "Love story"(Sevgi hekayəsi) parçasıdır. İfamı dinləmək istəyirsinizsə, gözünüz serialda olsun".
Qeyd edək ki, "Sənə inanıram" serialı noyabrın 18-i saat 22:15-də Xəzər televiziyasında yayımlanacaq.
.jpg)


.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB