Əziz Əzizlinin yubileyi keçiriləcək

Əziz Əzizlinin yubileyi keçiriləcək

Bəstəkar və dirijor Əziz Əzizlinin 80 illik yubileyi qeyd olunacaq. SİA-nın verdiyi xəbərə görə, yubiley mərasimində AzTv-nin estrada-simfonik orkestrinin müşayəti ilə müğənni Ramil Qasımov, Aynur İsgəndərli, əməkdar artist Heydər Anatollu, Vaqif Mustafazadə adına "Sevil" vokal instrumental ansamblı, "Qaya" qrupu, AzTv-nin Cahangir Cahangirov adına xoru, Əfsər Cavanşirov adına "Bənövşə" uşaq xoru və başqa kollektivlər iştirak edəcəklər.

Qeyd edək ki, Əziz Əzizlinin yubileyi noyabrın 21-də Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə